Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Qaliblər mükafatlandırılmışlar

 

Bu günlərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında "Tələbələrarası birinci tərcümə festivalı" layihəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Qeyd  edək  ki,  adıçəkilən layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən tercumefestivali.com saytı vasitəsilə reallaşdırılmışdır.

Tədbirdə məlumat verilmişdir ki, layihənin ilk mərhələsində respublikanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 580-dək tələbə iştirak etmişdir. Birinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən hazırlanmış mətn parçasını ingilis dilindən Azərbaycan dilinə tərcümə etmişlər. Bu mərhələdə uğur qazanmış 57 tələbə növbəti - sinxron tərcümə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Nəticələrə əsasən,  Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Miriyeva I, Qafqaz Universitetinin tələbəsi Sevinc Babayeva II, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Sərxan Sabirli isə III yerlərə layiq görülmüşlər.

Mərasimin sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov