Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Kompüter oyunları üzrə VIII Azərbaycan çempionatının zona seçim turunun qalibləri yarışların final mərhələsinə vəsiqə qazanmışlar

 

Masallı şəhərindəki "Poliqon" İnternet klubunda kompüter oyunları üzrə VIII Azərbaycan milli çempionatının zona seçim turu keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə 14-29 yaşlı gənclər arasında keçirilən yarışmada Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının komandaları iştirak etmişlər.

Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, İnternet, kompüter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədi ilə keçirilən yarışda "Counter-Strike" oyunu üzrə Masallı, "FİFA Soccer 2013" və "Super Street Fighter IV: Arcade Edition" versiyaları üzrə Astara, "Cross Fire" versiyası üzrə Cəlilabad rayonunun komandası qalib gələrək avqust ayının sonunda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov