Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

Paytaxtın ümumtəhsil məktəblərinin müəllimləri üçün  təlim kursları təşkil edilmişdir

 

 Avqustun 5-dən başlayaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin müəllimləri üçün təlim kursları keçirilir. Kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin  (TSİİL) "Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi" adlı ikinci komponentinin icra planına uyğun olaraq müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə təşkil edilir. 2013-2014-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin ibtidai, V-VI siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən müəllimlərin qatıldığı təlim kursları 60 saat (10 gün) müddətində aparılır. 

Bakı şəhərində təlim kursları TSİİL çərçivəsində keçirilmiş tenderlər nəticəsində bu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar tərəfindən aparılır. Məşğələlərin keçirilməsi üçün nəzərdə tutulmuş məktəblərdə lazımi şərait yaradılıb, hər bir təlim otağı zəruri texniki vasitələrlə təchiz edilib.  Müxtəlif fənlər üzrə təşkil olunmuş  təlim kursları sentyabrın 14-dək davam edəcəkdir.

Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş  formada sertifikatlar veriləcəkdir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov