Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

"Kreativ gənclik-kreativ gələcək" mövzusunda gənclər forumu

 

Bu günlərdə Masallı rayonunda "Kreativ gənclik-kreativ gələcək" mövzusunda gənclər forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Musiqi Akademiyasının 28 yaradıcı tələbəsi iştirak etmişdir.

Toplantıda layihənin rəhbəri Vüsal Bəkirov çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır.

Forumda yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənc rəssamların emalatxanalarla və gənc rejissorların işlə təmin olunması, yaradıcı gənclərin birgə fəaliyyətinə dəstək və stimul verəcək təşkilatın yaradılması, musiqiçilərin beynəlxalq müsabiqələrdə iştirakı və digər mövzular ətraflı müzakirə edilmişdir.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən forumda yaradıcı gənclər təşkilatı ideyasının gerçəkləşdirilməsi ilə bağlı təşəbbüs qrupunun yaradılması qərara alınmışdır.

Tədbir iştirakçıları həmçinin layihə çərçivəsində müxtəlif intellektual, əyləncəli oyunlarda iştirak etmiş, Masallı rayonunun mənzərəli yerləri ilə tanış olmuşlar. 

S.KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov