Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 Avqust 2013 - №32

 

Tələbələr ekologiya üzrə təcrübə keçəcəklər

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əməkdaşlıq çərçivəsində ekologiya sahəsi üzrə tələbə təcrübə proqramına başlamışdır.

Proqramda iştirak etmək üçün seçilmiş tələbələr "Təmiz şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr, kadrlar və ümumi işlər şöbələrində təcrübə keçəcəklər. Təcrübə zamanı jurnalistika, filologiya, ekologiya, iqtisadiyyat və idarəetmə üzrə təhsil alanlara üstünlük veriləcəkdir.

Qeyd edək ki, təcrübə proqramının əsas məqsədi ali məktəbi bitirən məzunların işlə təmin olunması imkanlarını artırmaq və müəssisələr üçün keyfiyyətli kadrlar hazırlamaqdır. 

Samirə HÜSEYNQIZI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov