Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Mingəçevirdə təlim kursları başa çatmışdır

 

Dünya Bankının maliyyə dəstəyi ilə  "Unikal-1" MMC  2013-2014-cü dərs ilində Mingəçevir şəhərindəki orta məktəblərin V-VI siniflərində coğrafiya və texnologiya fənlərindən dərs deyəcək müəllimlər üçün təlim  kursları təşkil etmişdir.

17 nömrəli orta məktəbdə keçirilən  kurslarda coğrafiya və texnologiya fənləri üzrə iki qrup fəaliyyət göstərmişdir. Coğrafiya fənni üzrə təlimləri Təranə İsmayılova və Xuraman Vəliyeva, texnologiya fənni üzrə məşğələləri isə Nəzakət Əhmədbəyli və Xuraman Səlimova aparmışlar.

Təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil proqramının (kurikulumun) strukturu və xüsusiyyətləri, məzmun tərkibi, fəaliyyət xətti, əsas və alt-standartların funksiyaları və praktik əhəmiyyəti, məzmun standartı, onun bilik və fəaliyyət komponentləri, biliyin kateqoriyaları, fəaliyyət növləri, alt-standartlara əsasən təlim məqsədlərinin müəyyən edilməsi, yeni təlim strategiyaları və qiymətləndirmə mexanizmləri öyrədilmişdir.

Müəllimlərə yalnız nəzəri biliklər deyil, həm də praktik tapşırıqlar verilmişdir. Hər gün təlimin sonunda müəllimlər həmin gün öyrəndikləri ilə bağlı formativ testlər həll etmiş,  sonra həmin nəticələrə əsasən  qiymətləndirmə aparılmışdır.

Kursun sonunda müəllimlərə əldə etdikləri ballara əsasən I, II dərəcəli və dinləyici  sertifikatları verilmişdir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov