Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsi keçirlər

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dördüncü kurs tələbələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində (QSC) istehsalat təcrübəsinə başlamışlar.

AzərTAc xəbər verir ki, burada tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası, əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında geniş məlumat verilmişdir.

İstehsalat təcrübəsi müddətində tələbələr neft emalı zavodlarında formalaşan neft məhsulları və digər kimyəvi maddələrlə çirklənmiş axıntı sularının təmizlənməsi üsulları, neftşlamın emalı texnologiyaları, eləcə də qurğuların iş prinsipi ilə yaxından tanış olacaqlar.

Eyni zamanda, tələbələr torpaqların rekultivasiyası departamentinin yaşıllıq sahələrində ağaclara göstərdiyi aqrotexniki xidmətlərlə, həmçinin QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən ekoloji layihələrlə tanış ediləcəklər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov