Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Koreyalı və holland tələbələr Azərbaycan haqqında məlumatlandırılmışlar

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) Koreya Respublikasının və Niderland Krallığının müxtəlif universitet və məktəblərinin tələbə və şagirdləri ilə görüş keçirilmişdir.

ADA-dan AzərTAc-a bildirmişlər ki, akademiyanın icraçı prorektoru Fariz İsmayılzadə bu ali təhsil ocağının Koreya Respublikasının Hankuk və Koreya universitetləri, Niderlandın Klingendael və Maastrixt universitetləri ilə əlaqələrindən, tələbə mübadiləsi sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, bu cür görüşlər xalqlararası dostluq əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.

Görüşdə qonaqlara ölkəmizin geosiyasi vəziyyəti, keçdiyi inkişaf yolu, o cümlədən ADA-nın bu inkişafa verdiyi töhfələrlə bağlı məlumat verilmiş, Koreya Respublikası və Azərbaycan arasında həm tarixən, həm də hazırkı inkişaf yolunda nəzərəçarpan oxşarlıqlar ətrafında müzakirələr aparılmışdır.

Sonra tələbə və şagirdlərə ADA-nın tarixi, strukturu, akademiyada təhsil almağın yolları, xarici tələbələr üçün yaradılmış şərait, təhsili başa vurduqdan sonra tələbələrin karyeralarının qurulmasında göstərilən yardım və digər bu kimi əhəmiyyətli mövzular barədə məlumat verilmişdir.

Sonda görüş iştirakçıları üçün kampus tur təşkil edilmişdir.

Qeyd edək ki, ADA-nın qonaqları 2010-cu ildə başladılmış "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləridir. Bu layihənin məqsədi gəncləri Azərbaycan haqqında məlumatlandırmaq, tələbələri və gənc elm xadimlərini ölkəmizi daha yaxından tanıtmaq və respublikamız barədə gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirməkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov