Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Britaniya Şurasının Avropa üzrə ingilis dili proqramları direktoru BPKİYİ-də olmuşdur

 

Avqustun 28-də Britaniya Şurasının (British Council) Avropa üzrə ingilis dili proqramları direktoru Eilidh Hamilton Azərbaycana səfəri çərçivəsində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda olmuşdur.

Rektor, professor Asəf Zamanov qonağa institutun strukturu, fəaliyyət istiqamətləri, o cümlədən beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları barədə geniş məlumat vermişdir. Britaniya Şurası ilə əməkdaşlığın əhəmiyyətini xüsusilə vurğulayan rektor bu əməkdaşlığın institutumuzun professor-müəllim heyəti, həmçinin Bakı şəhərində fəaliyyət göstərən tam orta məktəblərin ingilis dili müəllimləri üçün rolundan danışmışdır. Qeyd etmişdir ki, 2012-ci ilin yanvar ayında imzalanmış Anlaşma Memorandumu əsasında institutun rektoru Böyük Britaniyada Norviç Dil Təhsili İnstitutunda (Norwich Institute for Language Education) müəllimlərin fasiləsiz professional inkişafı və təhsil idarəçiliyi kurslarında olmuş, həmin institutla əməkdaşlığa dair müqavilə imzalamışdır. Həmçinin Britaniya Şurası ilə birgə hazırlanmış tədris proqramı əsasında ingilis dili müəllimlərinin ixtisasartırma kursları BPKİYİ-də təşkil edilmiş, artıq 300-ə qədər ingilis dili müəllimi kursları müvəffəqiyyətlə bitirmişdir. Cari ilin oktyabr ayında keçiriləcək "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları" mövzusunda beynəlxalq elmi-praktik konfransın təşkilatçılarından birinin də Britaniya Şurası olduğu diqqətə çatdırılmışdır.

Xanım Eilidh Hamilton da öz növbəsində Avropa üzrə ingilis dili proqramları barədə məlumat verərək, bu proqramların Azərbaycanda da uğurla həyata keçirildiyini və bu uğurlarda BPKİYİ-nin rolunu qeyd etmişdir. O, gələcəkdə  bu əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirmiş və səmimi qəbula görə professor Asəf Zamanova minnətdarlıq etmişdir.

Heydər Əliyev muzey-lektoriyası, beynəlxalq əlaqələr şöbəsi, tədris otaqları, kompüter mərkəzləri ilə tanışlıqdan sonra professor Asəf Zamanov qonağa institutun hədiyyəsini təqdim etmişdir. 

Sevinc QULİYEVA,
BPKİYİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov