Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Gəncədən bir qrup gənc Serbiyada səfərdə olmuşdur

 

"Gənc liderlər" təhsil, təlim və inkişaf İctimai Birliyinin növbəti layihəsi çərçivəsində Gəncədən bir qrup gənc Serbiya Respublikasında olmuşdur.

Müxtəlif ölkə gənclərinin iştirakı ilə Stara Planinadan başlanan səfər Gəncədən olan gənclərimiz üçün də olduqca yaddaqalan olmuşdur. Belə ki, səfər iştirakçıları möhtəşəm və tarixi "Kalameqdan" qalasına baxmış, burada müxtəlif dövrlərdə gedən müharibələrdə istifadə edilmiş silahlarla tanış olmuşlar. Azərbaycan gəncləri Belqrad, Piroy şəhərlərini ziyarət etmişlər. Ölkəmizi təmsil edən gənclərimiz Türkiyə, Xorvatiya, Makedoniya, Albaniya, Belarus, Çexiya, Şotlandiyadan olan gənclərlə keçirdikləri görüşlərdə, eləcə də yerli televiziyada çıxışlarında Azərbaycan həqiqətləri barədə ətraflı məlumat vermişlər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov