Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Təhsil naziri Yaponiyanın Azərbaycandakı səfirini qəbul etmişdir

 

Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni qəbul etmişdir.

Görüş zamanı Azərbaycanla Yaponiya arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Təhsil naziri birgə layihələrin həyata keçirilməsində, xüsusilə də Şəki şəhəri 1 nömrəli Peşə Məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi işində Yaponiyanın maliyyə yardımını və müvafiq mütəxəssislərinin dəstəyini yüksək qiymətləndirmişdir.

Görüşdə, həmçinin ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov