Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Ümumtəhsil məktəblərinin 83 faizi kompüter avadanlığı ilə təmin olunmuşdur

 

Son 8 ildə İKT sahəsində icra olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində respublikanın ümumtəhsil məktəblərinin 83 faizi, ilk peşə-ixtisas təhsili müəssisələrinin 84 faizi, dövlət orta ixtisas təhsili müəssisələrinin və ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunmuşdur. Belə ki, hazırda respublikanın ümumtəhsil müəssisələrində V-XI siniflər üzrə 16 şagirdə, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.

Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatı işinin yaxşılaşdırılması məqsədilə Məlumat və Resurs Mərkəzi yaradılmış, 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və İnternetə qoşulmuşdur.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov