Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

IDEA kampaniyası Nardaran çimərliyi ərazisində təmizlik aksiyası təşkil etmişdir

 

BMT-nin qərarı ilə hər il sentyabrın sonuncu həftəsi - Beynəlxalq Dəniz Həftəsi kimi qeyd olunur.

AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 7-də IDEA- Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) tərəfindən Nardaran çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunmuşdur.

Aksiya çimərlik ərazisindəki tullantıların toplanması və onların faydalı şəkildə istifadəsi üçün təkrar emala göndərilməsi, habelə gənclərin təbiət ərazilərinin təmiz saxlanılmasına cəlb olunmaları məqsədi ilə keçirilmişdir.

Aksiya zamanı 100-dən çox gənc topladığı tullantıları qida və qeyri-qida tullantılarına ayıraraq çeşidləmişdir. Toplanmış tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna nəql edilmiş və burada təkrar çeşidlənmişdir. Sonra zavodda təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq emal müəssisələri üçün xammal əldə edilmişdir.

2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmış IDEA kampaniyası mütəmadi olaraq bu cür maarifləndirici və ekoloji cəhətdən əhəmiyyətli aksiyalar həyata keçirir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov