Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

V Beynəlxalq uşaq muğam festivalı keçiriləcək

 

 Oktyabrda Bakıda  V beynəlxalq uşaq muğam festivalı keçiriləcək. Festivala 11 ölkənin -Azərbaycan, Türkiyə, Əfqanıstan, Misir, İran, Hindistan, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan və Türkmənistanın təmsilçiləri   qatılacaq. İran və Əfqanıstan bu yaradıcılıq müsabiqəsində ilk dəfə iştirak edəcək.

Beynəlxalq Muğam Mərkəzində  keçiriləcək tədbirdə 16 yaşınadək ifaçıların çıxışlarını  xarici mütəxəssislərin də təmsil olunduğu münsiflər heyəti dəyərləndirəcək. Azərbaycan üzrə  son seçim turlarının hazırlıq işləri başa çatmaq üzrədir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə təşkil olunacaq bu seçimdən sonra  Azərbaycandan müsabiqəyə qatılacaq heyət müəyyənləşəcək. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov