Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat etmişdir

 

Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat etmişdir. Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və  yaxınlarına dərin hüznlə başsağlığı verir.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Dəmirli kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.

Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olmuş və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparmışdır. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə.Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınmışdır.

Allah rəhmət eləsin! 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov