Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Bakı Dövlət Universiteti dünyanın 20 min top universiteti sırasında 602-ci yerdədir

 

Böyütmək üçün şəkili seçinBakı Dövlət Universitetində Bilik Günü münasibətilə tədbir keçirilmişdir. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik etmişdir.

Bu il universitetə 3855 tələbənin qəbul olunduğunu deyən rektor onlardan 271 nəfərinin 600-700, 612 nəfərinin 500-600 arası bal topladığını və 650-dən yuxarı bal toplayanların sayının isə 73 nəfər olduğunu bildirmişdir. Yüksək bal toplayan tələbələrdən 4 nəfərinin Prezident İlham Əliyevin sərəncamına əsasən Prezident təqaüdünə layiq görüldüyünü deyən rektor dövlət başçısının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında imzaladığı fərmandan da bəhs etmişdir. Abel Məhərrəmov xüsusi olaraq vurğulamışdır ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur: "Bu bizim hər birimizin, o cümlədən siz tələbələrin məsuliyyətini bir qədər də artırmış olur. Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın, ölkəmizin gələcəyi sizin əlinizdədir.

Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə yaradılan Böyütmək üçün şəkili seçinşəraitdən səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə inanan valideynlərinizin, ən əsası da universitetimizin etimadını doğruldasınız". Rektor Abel Məhərrəmov qeyd etmişdir ki, beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanan Prezident İlham Əliyevin "Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik" devizi ilə təhsilin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik vətəndaşların formalaşması üçün kifayət qədər yüksək imkanlar yaradılır. Yüzlərlə gəncin Avropanın qabaqcıl təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

Digər çıxışlardan sonra akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim etmiş, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirmişdir. Universitetin və respublikamızın üçrəngli bayraqları Dövlət himninin sədaları altında yuxarı qaldırılmışdır. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov