Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Astarada Bilik Günü yeni məktəblərin açılışı ilə əlamətdar olmuşdur

 

Bilik Günündə Astara rayonunda yeni məktəb binalarının açılışı olmuşdur. Astara Rayon Təhsil Şöbəsinin müdiri Qisbəs Məmmədova bildirmişdir ki, Bilik Günündə rayonun Şüvi, Vaqo, Siyakü, Əsxənakəran, Hamoşam kənd tam orta və Rudəkənar kənd ümumi orta məktəblərinin kollektivləri müasir üslubda tikilmiş məktəb binalarında dərsə başlamışlar.

Yeni məktəb binalarının açılış mərasimlərində rayonun rəhbər işçiləri, professor Südeyif İmamverdiyev, Milli Məclisin deputatı Aslan Cəfərov, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Çıxışlarda bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlər planı çərçivəsində inşa edilmiş məktəblərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, Astara rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Son 10 ildə rayonda 30 yeni məktəb binası tikilmiş, 13 təhsil ocağı əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin tikintisi davam etdirilir.

Tədbir iştirakçıları ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

Ş.CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov