Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Göyçayda I sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri paylanılmışdır

 

Göyçay rayonunun ümumtəhsil məktəblərində Bilik Günü münasibətilə toplantı keçirilmişdir. Göyçay Rayon Təhsil Şöbəsinin müdiri  Asif  Nəbiyev bildirmişdir ki, tədbirlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri iştirak etmişlər. Bu il ilk dəfə birinci sinfə gedəcək şagirdləri, o cümlədən bütün məktəbliləri, müəllimləri və valideynləri təbrik edən, natiqlər ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illərdə Göyçayda 11 yeni məktəb binası tikilmiş, 10 məktəb isə əsaslı təmir olunmuşdur. Nəticədə 10 minə yaxın şagirdin təhsil şəraiti yaxşılaşmışdır.

342 nəfər məzun ali məktəblərə, 101 nəfər isə orta ixtisas təhsili müəssisələrinə  qəbul olunmuşdur. Məzunlardan 19 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Ali məktəblərə qəbul olanlardan 3 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

Tədbirdə müəllim və şagirdlər, kənd ağsaqqalları çıxış edərək təhsilin inkişafına göstərdiyi diqqət və  qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çanta və məktəbli ləvazimatları verilmişdir.

Qeyd olunmuşdur ki, yeni dərs ilinə  hazırlıq  çərçivəsində  rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, məktəblər İnternet şəbəkəsinə qoşulmuşdur. 

Şakir DAYANDUROĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov