Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

III Bakı  Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə sentyabrın 23-dən-25-dək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.  Sərgi-Yarmarkada 16 xarici ölkədən 20-dən çox nümayəndə iştirak edəcək. Azərbaycanda isə 88 nəşriyyat və kitab işi ilə məşğul olan qurumun qeydiyyatı aparılmışdır. İştirakçı ölkələrin, nəşriyyatların sayının artacağını nəzərə alaraq  bu il sərgiyə  ciddi hazırlıq işləri görülmüşdür. Sərgi-yarmarka çərçivəsində  ulu öndər Heydər Əliyevin  90 illiyinə həsr olunmuş ekspozisiyanın, həmçinin yubileylə bağlı hazırlanmış albomun təqdimatı da keçiriləcək. Bundan əlavə, "Çağdaş ədəbiyyat və nəşriyyat" mövzusunda "dəyirmi masa"nın, "Uşaqlara kitab oxu" adlı tədbirdə  uşaq yazıçıları ilə  görüşün təşkili də nəzərdə tutulmuşdur.

Tədbirdə eyni zamanda,  bu il 900 illiyi qeyd olunan görkəmli Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş təqdimatın,  müasir dövrdə  ədəbi əlaqələr və tərcümə məsələlərinə həsr olunmuş mərasimin, "Qızıl-kəlmə-2013" müsabiqəsinin qalibləri ilə görüşlərin təşkili planlaşdırılmışdır. Sərginin yekununda  maraqlı nəşr layihələrinin qiymətləndirilməsi də nəzərdə tutulmuşdur. Münsiflər heyəti poliqrafiya qurumları arasından ən yaxşı nəşriyyat evini müəyyənləşdirəcək, ən yaxşı kitab  seçiləcək və mükafatlar təqdim olunacaq. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov