Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Liseyin 9 məzunu qızıl medal almışdır

 

 Sentyabrın 16-da Bakıdakı Heydər Əliyev adına liseydə Bilik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər, KİV nümayəndələri iştirak etmişlər. Öncə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə gətirilmişdir.

Tədbiri giriş sözü ilə liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov açaraq iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları bu gün ümummilli liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin uğurlarının ilbəil daha da artdığını nəzərə çatdıran F.Xəlilov qeyd etmişdir ki, hər il olduğu kimi,  2012-2013-cü tədris ilində də liseyin şagirdləri fənn olimpiadalarının şəhər və respublika turlarında, müxtəlif müsabiqə və yarışlarda uğurlu nəticələr əldə edərək liseyin adını şərəflə daşımışlar. Ötən tədris ilinin yekununda liseyin şagirdlərindən 9 nəfəri qızıl medal almış və həmin şagirdlər qəbul imtahanlarında yüksək nəticələr əldə edərək nüfuzlu ali təhsil müəssisələrinə daxil olmuşlar. Liseyin məzunlarının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarındakı  uğurlarından söz açan F.Xəlilov nəzərə çatdırmışdır ki, 117 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, onlardan 6-sı 650-dən, 15-i 600-dən, 19-u isə 500-dən çox bal toplamışlar. Liseyin şagirdlərinin əldə etdiyi uğurlarda pedaqoji kollektivin böyük əməyi olduğunu qeyd edən direktor bildirmişdir ki, ötən tədris ilində Təhsil Nazirliyi tərəfindən liseyin müəllimlərindən 6 nəfəri "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 7 nəfəri isə fəxri fərmanla təltif olunmuşdur. F.Xəlilov liseyə ilk dəfə qədəm qoyan birinciləri təbrik edərək onlara təhsil aldıqları liseyin adını şərəflə daşımağı və gələcəkdə ölkəmiz üçün layiqli vətəndaş - bacarıqlı mütəxəssis olmağı tövsiyə etmişdir.

Tədbirdə çıxış edən valideynlər ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin respublikamızda ən nüfuzlu təhsil ocaqlarından biri olduğunu və  övladlarının həmin liseydə təhsil alacaqları üçün qürur hissi keçirdiklərini bildirmişlər.

Tədbirin sonunda birincilərin ifasında müxtəlif şeirlər, mahnılar səsləndirilmiş və təntənəli şəkildə yeni tədris ilinin ilk zəngi çalınmışdır. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov