Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası açılıb

 

Böyütmək üçün şəkili seçinSentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül dəstələri təqdim edildi.

Mehriban xanım Əliyeva 246 nömrəli körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanın birinci xanımına məlumat verildi ki, bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası inşa edilmişdir. Tikinti işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Nəticədə 246 nömrəli körpələr evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.

Mehriban xanım Əliyevanın diqqətinə çatdırılmışdır ki, bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın Böyütmək üçün şəkili seçintəlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaqdır.  On bir qrup üzrə fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılmışdır. Bu uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də inventarlar hədiyyə edilmişdir. Həyətyanı sahə abadlaşdırılmış, 4 min 500 kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və köşklər qurulmuşdur.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov