Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Balakən rayonunda daha 4 yeni məktəb binası istifadəyə verilib

 

Yeni dərs ilinin ilk günü Balakən rayonunun Hənifə və Qazbinə kənd tam orta məktəblərinin müəllim və şagirdləri üçün əlamətdar və yaddaqalan olub.

Balakən Rayon Təhsil Şöbəsinin  müdiri Mahir Dibirov bildirib ki,  sentyabrın 16-da bu kəndlərdə dövlət vəsaiti hesabına inşa edilmiş 480 və 220 yerlik yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib.

Açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramının hazırda uğurla davam etdirildiyini, son illər respublikamızda təhsil sahəsinin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, iki gün əvvəl rayonun kəndlərində 2 yeni məktəb binası istifadəyə verilib.  Oktyabrın əvvəllərində Qazma kəndində də dövlət vəsaiti hesabına inşa edilən 360 yerlik yeni məktəb binası istifadəyə veriləcəkdir. Vurğulanıb ki, respublikanın ucqar sərhəd rayonlarından olan Balakəndə yeni dərs ilinin başlanğıcında müasir tələblərə cavab verən 4 yeni məktəb binasının istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Çıxış edənlər yeni məktəb binalarının istifadəyə verilməsinin rayonun təhsil həyatı üçün çox əlamətdar hadisə olduğunu vurğulayıb, dərs ilinin başlanğıcında gerçəkləşdirilən belə dəyərli işlərə görə  dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra  tədbir iştirakçıları yeni məktəb binalarında yaradılmış şəraitlə yaxından tanış olublar. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov