Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsindəki 214 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyeva körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il inşa olunan bağçanın ümumi sahəsi təqribən 6 min kvadratmetr, tikintialtı sahə isə 3800 kvadratmetrdir. Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, bağçanın ətrafında abadlaşdırma işləri görülmüş, yaşıllıq salınmışdır. Uşaqlar üçün futbol meydançası və istirahət guşələri yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır.

Məlumat verildi ki, ikimərtəbəli binada balacaların təlim-tərbiyəsi və məktəbəqədər hazırlığı ilə bağlı zəruri şərait yaradılmışdır. 200 yerlik bağçada 10 qrup fəaliyyət göstərəcək ki, bunlardan ikisi kiçik yaş qrupu, ikisi orta yaş qrupu üçündür. Üç böyük yaş və üç məktəbə hazırlıq qruplarında da yüksək şərait yaradılmışdır. Bütün tədris otaqları əyani vəsaitlərlə təchiz olunmuşdur. Bağçada on yataq otağında balacaların istirahətinin təşkili məqsədi ilə hər cür şərait yaradılmışdır. Bağçada musiqi zalı, bütün zəruri avadanlıqla təchiz olunan idman otağı uşaqların ixtiyarında olacaqdır. Bundan əlavə, balacaların psixoloji hazırlığı məqsədi ilə binada oyun zalları, yüksək səviyyədə yemək otaqları yaradılmışdır. Bağçada balacaların fiziki sağlamlığının təşkili məqsədi ilə yüksək standartlara uyğun hovuz da tikilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov