Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Azərbaycan Texniki Universitetində TEMPUS layihəsi çərçivəsində konfrans keçirilib

 

Sentyabrın 23-də Azərbaycan Texniki Universitetində  respublikamızda mühəndis hazırlığının Boloniya prosesi tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırılan  TEMPUS layihəsi çərçivəsində konfrans keçirildi.

Tədbirdə AzTU-nun, Azərbaycan Dövlət Neft Akademiyasının, Sumqayıt Dövlət Universitetinin əməkdaşları və cari dərs ilində elektroenergetika, proseslərin avtomatlaşdırılmış mühəndisliyi ixtisasları üzrə bu ali məktəblərə qəbul olunmuş birinci kurs tələbələri iştirak edirdilər.

Konfransda AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı universitetin TEMPUS layihəsində iştirakı ilə bağlı geniş məlumat verərək layihə çərçivəsində növbəti mərhələdə görüləcək işlərdən danışdı.

Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin əməkdaşı, TEMPUS layihəsinin əlaqələndiricisi, professor Rza Talibi Dəryani layihənin yaranmasından və uğurlarından söz açdı.

Sonra çıxış edən TEMPUS layihəsinin Azərbaycan üzrə rəhbəri Pərviz Bağırov, Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin sektor müdiri İlham Hümbətov və fakültələrin dekanları  layihənin məqsəd və əhəmiyyətindən danışdılar. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov