Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Serbiyanın ölkəmizdəki səfiri Naxçıvan Dövlət Universitetində olub

 

Böyütmək üçün şəkili seçinSerbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Rəsmi qəbuldan sonra universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olan serbiyalı diplomat beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuş linqvistika auditoriyalarında, Tərcümə Tədris Mərkəzində, Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, "Diplomatiya" kabinetində Tələbə evi və qonaq evində, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsindəki tədris və elmi-tədqiqat önlü laboratoriyalarda  olub.

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qonağa məlumat verib ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulub. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər,  laboratoriyalar,  İnternet  mərkəzləri,  elektron  kitabxana fəaliyyət göstərir. Universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda  universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.

Sonda səfir universitetin maddi-texniki bazası, təhsilin və tədrisin yüksək səviyyədə təşkili ilə bağlı xoş təəssüratlarını bölüşüb.   

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov