Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Qubada yeni məktəb binasının açılışı olub

 

Ötən həftə Quba rayonunun Hacıqayıb kəndində dövlət vəsaiti hesabına inşa olunmuş 360 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.  Bu münasibətlə təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird kontingenti, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını vurğulayıblar.

Bildirilib ki, Qubada da müasir tipli yeni məktəb binalarının inşası geniş vüsət alıb, son 10 ildə rayonda tikilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 80-i ötüb.

Çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə müəllim və şagirdlərin ürək  sözləri,  kənd ağsaqqallarının  xeyir-duası səslənib, yeni təhsil müəssisəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəb binasında tədris üçün yaradılmış şəraitlə tanış olublar.

İnşasına 2012-ci ilin oktyabrında başlanılmış ikimərtəbəli təhsil ocağı müasir standartlara cavab verən bütün avadanlıqlarla təchiz edilib,  məktəbin qızdırılması üçün istilik sistemi qurulub. Təhsil ocağı sinif otaqları, idman zalı, kitabxana və laboratoriya ilə təmin olunub, kompüter otağı isə birbaşa İnternet şəbəkəsinə qoşulub. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov