Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərində olub

 

Böyütmək üçün şəkili seçinHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sentyabrın 27-də Bakının Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli və Suraxanı rayonunun "Yeni Günəşli" yaşayış massivindəki 2 nömrəli uşaq evlərinin sakinləri ilə görüşmüş, onların yaşayış şəraiti ilə maraqlanmışdır.

Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla xanım Əliyeva əvvəlcə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Fondun vitse-prezidenti kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdü, onların əl işlərindən ibarət sərgiyə baxdı.

Leyla xanım Əliyevaya məlumat verildi ki, burada 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə 1 nömrəli uşaq evinin balaca sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.

Sonda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.

Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.

***

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evinə gəldi.

Leyla xanım Əliyevaya məlumat verildi ki, burada 3-16 yaş arasında 4 qrup üzrə kimsəsiz və valideyn himayəsindən məhrum olan 90 uşaq yaşayır. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır. Fondun dəstəyi ilə uşaq evinin sakinləri xaricdə keçirilən bir sıra müsabiqələrdə uğurla iştirak etmişlər.

Leyla xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Böyütmək üçün şəkili seçinHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Suraxanı rayonunun "Yeni Günəşli" yaşayış massivindəki 2 nömrəli uşaq evində də oldu.

Leyla xanım Əliyeva uşaq evinin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, yaşayış şəraiti ilə maraqlandı.

Fondun vitse-prezidenti uşaqların rəqslərinə tamaşa etdi.

Sonra uşaq evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu.

Leyla xanım Əliyeva uşaqlarla xatirə şəkli çəkdirdi.   

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov