Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

"Rus dilində danışmağı öyrənək"

 

Şəmkirdə "Russkiy mir" Fondunun dəstəyi ilə  "Rus dilində danışmağı öyrənək" adlı ödənişsiz rus dili kursları açılıb. Kursların təşkilatçısı "Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası" ictimai birliyidir. Assosiasiyanın sədri Üzeyir Əliyevin bildirdiyinə görə, bu assosiasiyanın "Russkiy mir" Fondu ilə artıq ikinci birgə layihəsidir. 2011-ci ildə Daşkəsən rayonunda "Dostluq" yay humanitar düşərgəsi layihəsi həyata keçirilib.

Yeni layihə Şəmkir və ətraf rayonların sakinləri arasında böyük maraqla qarşılanıb. Kurslara hazırlıq 3 ay çəkmiş, Şəmkirin tarixi mərkəzində yer seçilib, buklet, vərəqə və bannerlər çap olunub.

Kursların ən yaxşı rəmzi üçün uşaqlar arasında müsabiqə keçirilib.

Kurslarda rus dili ilə bərabər, Rusiyanın mədəniyyəti və tarixi öyrəniləcəkdir. Yaşından asılı olmayaraq hər bir şəxs kurslara yazıla bilər.

Təşkilat tərəfindən kurslar üçün xüsusi biliklərə malik, əcnəbi dil kimi rus dilinin tədrisində təcrübəsi olan ən yaxşı müəllimlər seçilib.

"Azərbaycanın Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyası"nın sədri Üzeyir Əliyev açılış mərasimində Azərbaycanda rus dilinin təbliğinə göstərdiyi etimada və dəstəyə görə "Russkiy mir" Fonduna minnətdarlığını bildirib.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov