Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Xəzəryanı ölkələrin dövlət universitetlərinin növbəti toplantısı

 

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının növbəti XVI assambleyası keçirilmişdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya və İran dövlət universitetlərinin nümayəndələri iştirak etmişlər.

Assambleyada qurumun son birillik fəaliyyəti müzakirə olunmuşdur.

Bildirilmişdir ki, 2012-2013-cü illərdə Azərbaycan Texniki Universitetinin rəhbərlik etdiyi assambleya həmin müddətdə elmi və sosial əhəmiyyət daşıyan, Xəzər regionunun iqtisadi, sosial, ekoloji problemlərinin həllinə, region ölkələrində bioloji müxtəlifliyin qorunmasına həsr olunmuş tədqiqatlar aparmışdır.

Xəzəryanı ölkələrin dövlət universitetlərinin qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirilmiş, növbəti bir il ərzində quruma rəhbərlik səlahiyyəti Qazaxıstanın Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinə həvalə edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov