Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Naxçıvan Özəl Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

 

 Naxçıvan Özəl Universitetində 5 oktyabr - Beynəlxalq Müəllimlər  Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə universitetin tədris və elmi  işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etmiş, şərəfli peşə sahiblərinə göstərilən qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Vurğulanmışdır ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Sevindirici haldır ki, şərəfli peşə sahiblərinə göstərilən qayğı ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızdan da yan keçməyib. Göstərilən qayğının nəticəsidir ki, təhsildə fərqlənən müəllimlərimiz  fəxri adlarla təltif  edilir, onların əməyi yüksək qiymətləndirilir. Bundan başqa, bu gün Naxçıvan şəhərində keçirilən təhsil yarmarkaları, orada kadrların yerləşdirilməsində şəffaflığın təmin olunması və digər sahələrdə aparılan işlər müəllim əməyinə göstərilən qayğıdan xəbər verir.

Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi Mədəd Səfərov, pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz Həsənli çıxışlarında  müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər.

Sonda tələbələrin ifasında səsləndirilən bir-birindən rəngarəng musiqi nömrələri, şeirlər, şən-hazırcavablar klubunun çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. 

Nuray ƏSGƏROVA
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov