Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

BDU ilə Türkiyənin 3 universiteti arasında müqavilə imzalanıb

 

Oktyabrın 4-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Sinop Universitetinin rektoru, professor Recep  Bircan, Canık Başarı Universitetinin rektoru, professor Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydının daxil olduğu Türkiyədən gələn nümayəndə heyətini qəbul edib. Qonaqlara BDU haqqında məlumat verən rektor Abel Məhərrəmov universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant layihələri və proqramlardan danışıb.

Qonaqlar öz növbəsində rəhbərlik etdikləri universitetlər haqqında məlumat verib, əməkdaşlıq perspektivlərinə toxunublar. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə ayrı-ayrılıqda Türkiyə universitetləri arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqavilələri imzalanıb. Çıxış edən rektorlar müqavilənin işlək olacağına və əməkdaşlığın səmərə verəcəyinə inandıqlarını bildiriblər.

Sonda qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov