Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

"Azərbaycan, yurdum mənim"

 

Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin ingilis dili ixtisası üzrə təhsil alan təcrübəçi tələbələrinin iştirakı ilə  "Azərbaycan, yurdum mənim" adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirildi. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə, beynəlxalq münasibətlər və xarici dilər fakültəsinin filologiya üzrə fəlsəfə  doktoru, dosent  Qurban Qurbanlı çıxış edərək Azərbaycanın müasir dinamik inkişafı, beynəlxalq nüfuza və yüksək reytinqə malik olması barədə məlumat verdilər. Qeyd olundu ki, belə tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda, dövlətçilik və Vətənə sədaqət ideyaları altında tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

İngilis dili kafedrasının müəllimi Elza Aşurovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın çoxəsrlik tarixini, milli mənəvi dəyərlərini, bugünkü sosial-iqtisadi tərəqqisini əks etdirən slaydlar nümayiş olundu. Təcrübəçi tələbələrdən Bəyaz Nağıyeva, Cavad İmanquliyev, İlhamə İsmayılova, Sevinc Babayeva Azərbaycan haqqında ingilis dilində ətraflı məlumat verdilər. Şagirdlərin  ifasında müxtəlif dillərdə Azərbaycana həsr olunmuş şeirlər səsləndi. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov