Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

İmişlidə bu il fəaliyyətə başlayan gənc müəllimlərlə görüş

 

 İmişli Rayon Təhsil Şöbəsində bu il fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirildi. Görüşdə İmişli RTŞ-ın müdiri Ramiz Əmirov çıxış edərək son illərdə  təhsilə göstərilən dövlət qayğısından, təhsilimizin inkişafından, istedadlı gənc müəllimlərin potensial imkanlarının üzə çıxarılması, onların daha səmərəli işləməsinə şəraitin yaradılmasından söhbət açdı.

İmişli RTŞ-ın müdir müavini  Vahid Tağıyev çıxışında  müəllim peşəsinin  məsuliyyəti,  nüfuzu,  peşəkar  müəllim olmağın incəliklərindən danışaraq bildirdi ki, gənc müəllimlər hansı məsuliyyət və həvəslə işə başlayırlarsa, əsasən  o templə də  uzun illər fəaliyyət göstərirlər.  Hər bir dərs müəllimin pedaqoji - metodik  simasını ifadə edir. Müasir, canlı, yaradıcı - innovativ dərsi heç bir standart forma ilə məhdudlaşdırmaq olmaz. Odur ki, müəllim hər bir dərsi yüksək səviyyədə qurmağı bacarmalıdır. Müəllim əməkdaşlığı,  gündəlik dərs planının tərtibi,  yeni təlim metodlarının  tətbiqi, şagirdlərlə ünsiyyət formaları, valideynlərlə əlaqələrin əsas cəhətləri qeyd edildi.

Canlı diskussiya, dialoq şəraitində keçirilən tədbirdə gənc müəllimlər arzu və təkliflərini bildirməklə müəllimlik  fəaliyyətlərinin ilk təəssüratlarını bölüşdülər.

Tədbirdə qərara alındı ki, rayonda ayda bir dəfə  gənc müəllimlərin işgüzar şəraitdə yığıncağı keçirilsin. Görüşdə gənc müəllimləri  maraqlandıran suallara ətraflı  cavab verildi, xatirə şəkli çəkdirildi. 

S.SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov