Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Azərbaycan Dövlət İqtisad Universitetində Alman Akademik Mübadilə Xidmətinin təqdimatı olub

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqdimatı olmuşdur.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, tələbə və magistrlərlə keçirilən görüşdə DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru xanım Nikola Uliş geniş təqdimatla çıxış etmişdir.

N.Uliş rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində yaradıldığını qeyd etmiş və onun fəaliyyət istiqamətlərindən danışmışdır. Mərkəzin əsas missiyası Almaniyada təhsil və tədqiqat imkanları barədə xəbərlərin yayılması, Almaniya ali məktəblərində mövcud ixtisas və fakültələr haqqında məlumatların Azərbaycanın ali məktəblərinə çatdırılmasıdır.

N.Uliş, həmçinin proqram üzrə sənəd qəbulu prosedurası və konkret tarixlər barədə də məlumat vermişdir.

Təqdimatın sonunda suallar cavablandırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov