Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

"eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir keçirilib

 

Oktyabrın 24-də Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus" layihəsinin Azərbaycanda icrası ilə bağlı tədbir  keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və "Mədəd - Azərbaycan" təşkilatının nümayəndələri, layihəyə qoşulmuş məktəblərin direktorları və media nümayəndələri iştirak ediblər.

Tədbiri  giriş sözü ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov açıb və "eTwinning Plus" layihəsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, "eTwinning Plus" Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan "eTwinning" layihəsinin genişlənməsidir. Layihə pedaqoji işçilərə onlayn platforma vasitəsi ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 2013-cü ildən etibarən Azərbaycan digər 5 ölkə ilə  yanaşı  Avropa  İttifaqının qonşuluq siyasətinə  əsasən "eTwinning Plus" layihəsinə üzv olub. Tədbirdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və "Mədəd - Azərbaycan" təşkilatının məsul şəxsləri Avropa  Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bu layihə haqqında ətraflı məlumat verərək layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs ediblər. Daha sonra "eTwinning Plus" layihəsi çərçivəsində görülmüş və planlaşdırılan işlərdən, layihənin əsas xüsusiyyətlərindən, layihəyə qoşulan məktəb, müəllim və şagirdlərin əldə edəcəkləri təcrübə və imkanlardan bəhs edən təqdimat  tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonra "eTwinning Plus" layihəsinə qoşulmuş bir neçə fəal müəllim ümumi layihə və layihə çərçivəsində Avropada iştirak etdikləri tədbirlər haqqında ilkin təəssüratlarını bölüşərək bu layihəyə qoşulmaqla öz məktəblərinə nə kimi töhfələr verdikləri barədə danışıblar. Həmçinin qonaqların  sualları cavablandırılıb və fikirlər dinlənilib.

Tədbir diskussiya şəklində başa çatıb.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov