Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Beynəlxalq metodik şuranın Azərbaycandan ilk üzvü

 

İki il öncə  - 2011-ci ilin iyununda rusdilli alimlərin Kazanda keçirilmiş II Konqresində müstəqil işçi qrupundan ibarət olan Beynəlxalq metodik şuranın yaradılması barədə qərar qəbul edilib, sentyabrın 1-dən 3-dək Almaniyanın Karlsruye şəhərində 10-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmiş İkidilliliklə (bilinqvizm) bağlı 5-ci Beynəlxalq seminarda ikidillilik və mədəniyyətlərarası kommunikasiya üçün Beynəlxalq məşvərət şurasının yaradılması qərara alınıb və bu bütün iştirakçılar tərəfindən dəstəklənib. O zaman Rusiyadan kənarda çalışan alimlər, metodistlər, professional müəllimlər, loqopedlər, psixoloq və sosioloqlar idarə heyətinin ilk üzvləri elan olunublar. 2013-cü il 9-10 sentyabr tarixlərində Rusiyanın Elm və Təhsil Nazirliyi və Müasir Təlim Texnologiyaları Mərkəzinin birgə təşəbbüsü ilə Moskvada keçirilmiş "Xarici ölkələrdə rusdilli məktəblər" mövzusunda beynəlxalq elmi-praktik konfransa Azərbaycandan əməkdar müəllim Almaz Həsrət ekspert kimi dəvət olunub. Həmin konfransın gedişi zamanı Azərbaycandan ilk dəfə olaraq Almaz Həsrət Beynəlxalq metodik şuraya üzv seçilib. Almaz Həsrət bu metodik şuranın siyahısına mədəniyyətlərarası kommunikasiya sahəsinin üzvü kimi salınıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov