Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

"Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşdırılmasına dəstək Layihəsi" çərçivəsində tövsiyə sənədinin təqdimatı

 

Böyütmək üçün şəkili seçinOktyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Ali təhsildə qrant maliyyələşdirilməsi mexanizminin formalaşdırılmasına dəstək Layihəsi" çərçivəsində hazırlanmış tövsiyə sənədinin təqdimatı keçirildi.  Qeyd edək ki,  sənəd Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Təhsil Nazirliyi Elmi Koordinasiya Şurasının Ali təhsilin iqtisadiyyatı Komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən hazırlanıb. Sənəd ali təhsildə qrant maliyyələşdirilməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşməsinin vəziyyəti, bu sahədə beynəlxalq təcrübə, dünya təcrübəsində universitetlərin qrant mənbələri və qrantların cəlb olunması yolları, layihə çərçivəsində keçirilən müsahibə və qrant maliyyələşməsi sahəsində tövsiyələrdən ibarətdir. Tövsiyə sənədi Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsi,  Prezident yanında Elmin İnkişaf Fondu, dövlət və özəl universitetlərə təqdim olunacaq.

Təqdimatda İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin direktoru Ruslan Atakişiyev çıxış edərək bir sıra təkliflər irəli sürdü.  Bildirildi  ki, universitetlərdə qrant üzrə iş şöbəsi, həmçinin ali təhsil müəssisələrinin tədqiqat mərkəzləri yaradılmalıdır. Bundan başqa, bütün sahələr üzrə tədqiqat mərkəzi tədqiqatlarını dövlət və özəl müəssisələrə satmaqla universitetin gəlirini artıra bilər. Universitetlərdə fondlar yaradılmalı, valideyn himayəsindən məhrum olanların təhsil haqları həmin fondların hesabına ödənilməlidir.

Tədbirdə tövsiyə sənədi ilə bağlı KİV nümayəndələrinin sualları cavablandırıldı, bir sıra təkliflər irəli sürüldü. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov