Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Xalq yazıçısı yad edilib

 

Bu günlərdə Hacıqabul rayonu Ə.Ağayev adına Kolanı kənd tam orta məktəbində xalq yazıçısı, professor, tarixi romanlar ustadı Əzizə Cəfərzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözu ilə açan məktəbin direktoru Arifə Əliyeva ədibin həyat və yaradıcılığı haqqında məlumat verib.

Məktəbin tarix müəllimi, dahi sənətkarın qohumu Z.İbrahimov çıxış edərək Əzizə Cəfərzadə yaradıcılığının çoxşaxəli olduğunu, tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, tariximizin müxtəlif dövrlərini əhatə edən romanlar müəllifi olan ədib milli mənəvi dəyərlərin, adət-ənənələrimizin gözəl bilicisi kimi öz əsərləri ilə ədəbiyyatımızda layiqli yerini tutub. O, uzun illər Azərbaycan qadınlarını birləşdirən dövlət komitəsinə rəhbərlik etdiyi dövrdə öz mənəvi keyfiyyətləri ilə xalqımızın xatirəsində silinməz izlər buraxıb.

Müəllimlərdən Hüsən Usubov, İradə Həmidova, Xuraman Xəlilova, Azadə Səmədova  çıxışlarında xalq yazıçısı Əzizə Cəfərzadənin əsərləri barədə ətraflı məlumat veriblər.

Sonda məktəbin IX sinif şagirdləri İlahə Zeynalova, Qızbikə Babayeva, Ayət Zeynalov və Emil Xankişiyev yazıçının "Aləmdə səsim var mənim" əsərindən hazırladıqları səhnəcikləri yüksək səviyyədə nümayiş etdiriblər. 

Zaur FATEH,
Hacıqabul rayonu Ə.Ağayev adına Kolanı kənd tam orta məktəbinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov