Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

Azərbaycan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunmuş "dəyirmi masa" keçirilib. Dövlət himni səsləndirildikdən sonra AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək ilk növbədə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Rektor bildirib ki, 1991-ci il oktyabrın 18-dən öz müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasına qoşuldu. Bu gün tarixin ağır sınaqlarından çıxmış respublikamız özünəməxsus inkişaf yolu ilə irəliləyir. Bu inkişafın təməl daşları ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. İndi Azərbaycan Respublikasının hər bir vətəndaşının müqəddəs borcu ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanı qorumaq və daha da inkişaf etdirməkdir.

İnstitutun ibtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, Yeni Azərbaycan Partiyası AMİ ilk təşkilatının sədri, professor Mircəfər Həsənov, ictimai fənlər kafedrasının dosenti Namiq Əliyev müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən danışıblar. Çıxışçılar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində hazırda Azərbaycanın dünyada özünəməxsus yer tutduğunu qeyd ediblər.

Tədbirdə institutun Tələbə Gənclər Təşkilatının sədri Nərmin Ərəbli "Müstəqillik illərində Azərbaycanda gender məsələsinin həlli haqqında", təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə II kurs tələbələri Əli Nadirli "Azərbaycanın müstəqillik illərində neft strategiyası", Nigar Abdullayeva "Azərbaycan dövlət gənclər siyasəti" mövzularında çıxış ediblər.  

Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov