Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Naxçıvan Özəl Universitetində konfrans

 

Naxçıvan Özəl Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə "Müstəqil Azərbaycan 22"  mövzusunda konfrans keçirildi. Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli konfransı açaraq xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu olduğunu diqqətə çatdırdı.

Bildirildi ki, bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.

Konfransda vurğulandı ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. 1993-cü ilin iyun günlərində Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində, nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda məhz öz tarixi müdrikliyinə söykəndi və son dərəcə düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi. Beləliklə də 20 il bundan öncə ulu öndər Heydər Əliyevin titanik siyasi kursu ətrafında sıx birləşən və milli qurtuluşa, dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan xalqı bununla onu böyük gələcəyə, sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər oldu.

Qeyd olundu ki, artıq dövlət müstəqilliyinin bərpasının 22-ci ilini yaşayan Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır.

Sonra universitetin humanitar elmlər kafedrasının müdiri, dosent Elbrus İsayevin "Azərbaycanın dövlət müstəqilliyi xalqımızın böyük tarixi nailiyyətidir", humanitar elmlər kafedrasının müəllimləri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun "Müstəqil Azərbaycanın dövlət quruculuğunda milli mənəvi və bəşəri ideyalar", Rövşən İsmayılxanlının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin hüquqi əsasları", tarix ixtisası üzrə III kurs tələbəsi Nəsib Mustafayevin "Müstəqil Azərbaycanda  dövlət gənclər siyasəti" mövzularında məruzələri dinlənildi. Məruzələrdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xəttin bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyi vurğulandı.

Sonda tələbələr vətənimizə həsr edilmiş şeirləri bədii qiraət etdi, müstəqilliyimizi əks etdirən slayd nümayiş etdirildi. 

Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov