Respublika
Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılığı ilə
18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş
kütləvi idman tədbirləri keçirilib. Yarışlar futbol üzrə
Bakı şəhər "Vətən" Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbində, basketbol üzrə 3 nömrəli Bakı Peşə
Liseyində, həndbol üzrə Bakı şəhəri 12 nömrəli
Uşaq-Gənclər İdman Məktəbində, şahmat-dama və stolüstü
tennis yarışları üzrə isə "Təhsil" Respublika İdman
Mərkəzində keçirilib. Yarışlarda respublikanın əksər
təhsil şöbələrinin komandaları iştirak edib. Oktyabrın
7-dən 18-nə kimi davam edən yarışlarda qalib gəlmiş
idmançılar Respublika Bədən Tərbiyəsi və İdman
Mərkəzinin kubok, diplom, medal və qiymətli hədiyyələri
ilə təltif olunublar.
Rəşad ZİYADOV |