Vətəndaşlarımıza,
xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun
möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət
atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali
arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə
edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm
amillərindən biridir.
Heydər ƏLİYEV
Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir
ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır.
Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan
da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil,
məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması
Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu
gün Azərbaycanın hər bir yerində dövlət bayrağı
dalğalanır.
İlham ƏLİYEV |