Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Nəzrin NURİ,

Azərbaycan Tibb Universitetinin tələbəsi   

1995-ci ildə Xaçmaz rayonunun Muxtadır qəsəbəsinin Xuray kəndində anadan olub. 2006-cı ildə  Türkiyə  Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olub.   2013-cü ildə  oxuduğu liseyi qızıl medalla bitirib.

Ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. 

Nəzrin  Nuri  Prezident  İlham  Əliyevin  sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyündən çox sevinir. Bu diqqət və qayğıya görə Prezident İlham  Əliyevə  ailə  üzvləri  adından  minnətdarlığını bildirir. 

 


Ruqiyyə QULİYEVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi    

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı  72 nömrəli məktəb-liseyi  bitirib. Orta məktəbdə oxuduğu illərdə keçirilən  bütün tədbirlərdə həmişə yaxından iştirak edib. Fənn olimpiadalarının  daimi iştirakçısı olub. 

Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq ATU-nun müalicə-profilaktika fakültəsinə daxil olub. Məqsədi universiteti fərqlənmə diplomu ilə bitirməkdir. Düşünür ki, yaxşı həkim olmaq üçün yaxşı oxumaq lazımdır.

Bu gün əldə etdiyi nailiyyətlərdən arxayınçılıq etməyən Ruqiyyə valideynlərinin və həmçinin müəllimlərinin etimadını həmişə doğrultmaq üçün  səylə çalışır.


Aysel HAQVERDİYEVA,

 Azərbaycan Tibb Universitetinin tələbəsi 

1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2013-cü ildə Bakıdakı 115 nömrəli orta məktəbi  bitirib. Məktəb illərində  kimya fənn  olimpiadasının respublika turunda IV yeri qazanıb. IX sinfi "Xüsusi nümunəvi şəhadətnamə" ilə bitirib.

Bu il ali məktəblərə qəbul imtahanında IV qrup üzrə 690 bal toplayaraq ATU-nun müalicə-profilaktika  fakültəsinə  daxil olub.  Prezident təqaüdünə layiq görülməsi onda yeni  uğurlar qazanmaq üçün  böyük həvəs  oyadıb. 

Qazandığı uğurlara görə 115 nömrəli tam orta məktəbin  pedaqoji kollektivinə minnətdardır.  Arzusu universiteti əla qiymətlərlə bitirmək, gələcəkdə tanınmış  həkim olmaqdır.


Nərmin ABBASOVA,

Qafqaz Universitetinin tələbəsi 

1996-cı ildə Sumqayıt şəhərində  anadan olub. 2002-ci ildə Xızı rayonunun  Xələnc kəndində   orta məktəbin I sinfinə daxil olub. 2013-cü ildə  Sumqayıt şəhər təbiət elmləri təmayüllü  gimnaziyanı bitirib.   Orta məktəbdə oxuduğu illərdə fizika fənnindən olimpiadanın şəhər  turunda I yerə layiq görülüb.

2013-cü ildə  gimnaziyanı  bitirdikdən sonra   Qafqaz Universitetinin fizika müəllimliyi fakültəsinə 687 balla qəbul olub. O, təhsildə  əldə etdiyi  bütün  uğurlarına görə sevinir və ona dərs deyən müəllimlərini isə  heç vaxt unutmayacağını söyləyir.

Arzusu ali məktəbi bitirdikdən sonra  Qafqaz Universitetində qalıb ixtisası üzrə müəllim işləməkdir.


Toğrul  RƏSULOV,

Qafqaz Universitetinin tələbəsi   

1996-cı ildə Sumqayıt şəhərində  anadan olub.  2013-cü ildə Sumqayıt şəhər texniki təbiət elmləri liseyini  bitirib.  Riyaziyyat fənnindən  respublika fənn olimpiadasında  I yeri tutub.

Ali məktəblərə qəbul imtahanında 675 bal yığaraq  Qafqaz  Universitetinin  sənayenin təşkili və idarə edilməsi fakültəsinə  qəbul olub. Toğrul ingilis dilini tam öyrəndikdən sonra Kanadada  təhsilini davam etdirmək istəyir.

Prezident təqaüdünə layiq görüldüyünə, tələbələrə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə tələbələr adından minnətdarlığını bildirir.

 Hazırladı: Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov