Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Almaniyada yaşayan azərbaycanlı uşaqlar üçün kurslar keçiriləcək

 

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi burada yaşayan azərbaycanlı uşaqlar üçün məktəb layihəsi həyata keçirməyə başlayıb.

Məktəbin yaradılması zərurəti burada böyüyən uşaqların milli-mədəni irsimizdən uzaq düşmələri ilə bağlıdır. Hələlik kurslar formasında fəaliyyət göstərəcək məktəbdə həftə sonları uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası və mədəni irsimizlə bağlı dərslər keçiləcəkdir.

Bundan başqa, Azərbaycan əlifbası kursları, milli rəqslər, tar, fortepiano, məktəb dərslərinə kömək və s. kurslar da təşkil olunacaqdır.

Mədəniyyət Evinin tərkibində futbol klubunun da fəaliyyət göstərəcəyi  nəzərdə tutulub. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov