Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Məktəblilərin bayram sevinci

 

Noyabrın 8-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə parad tədbiri keçirilib.

Məktəbin həyətində təşkil olunmuş tədbir ölkəmizin azadlığı uğrunda mübarizələrdə şəhid olan vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himnimizin ifası ilə başladı. Hər birimiz üçün müqəddəs olan Dövlət bayrağı təntənəli şəkildə zirvəyə qaldırıldı.

Mərasimdə  Dövlət bayrağının yaranma tarixi, eləcə də dövlətin əsas atributlarından biri olduğu diqqətə çatdırılıb.

Aparıcılar bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına daxil olub.

Bayram münasibəti ilə iştirakçıları təbrik edən məktəbin direktoru Fəridə Bağırova Dövlət bayrağımız, onun rənglərinin mənası, Dövlət bayrağı kimi qəbul olunmasında ulu öndərimiz Heydər Əliyevin xidmətləri haqqında danışdı.

Şagirdlər  vətənpərvərlik ruhlu  şeirlər söylədilər, xorla mahnılar ifa etdilər, maraqlı səhnəciklər göstərdilər.  Daha sonra məktəbin akt zalında davam edən tədbirdə  Dövlət Bayrağı Meydanından bəhs edən film, Azərbaycanın tarixi, görməli yerlərindən videogörüntülər nümayiş olundu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin Dövlət bayrağı haqqında dedikləri fikirlər səsləndirildi. 

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov