Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Azərbaycandan Nobel Sülh Mükafatına namizədlər irəli sürüləcək

 

Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Sülh Mükafatına Azərbaycandan müvafiq sahələr üzrə namizədlərin seçilməsini təklif etmişdir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinin akademik-katiblərinə təkliflərin hazırlanması həvalə olunmuşdur.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, namizədlər 2014-cü il fevralın 1-dək Norveç Nobel Komitəsinə təqdim olunmalıdır.

Qeyd edək ki, bu mükafat ənənəvi olaraq dünyada sülh və əmin-amanlıq uğrunda mübarizə aparmış şəxslərə və ya təşkilatlara verilir.  Mükafata namizədlərlə bağlı parlament və hökumət, həmçinin beynəlxalq məhkəmə üzvləri, universitet rəhbərləri, sosial elmlər, tarix, fəlsəfə, hüquq və teologiya üzrə professorlar, sülh tədqiqat institutları və digərləri də təklif irəli sürmək hüququna malikdirlər. Nobel Sülh Mükafatına, həmçinin institut və assosiasiyalar da layiq görülə bilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov