Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Dövlət İdarəçilik Akademiyasında üç istiqamət üzrə ixtisasartırma kursları başlayıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanın müasir aqrar siyasəti", "Azərbaycan Respublikasında elektron idarəetmədə geoməkan məlumatların istifadəsi", "Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti" istiqamətləri üzrə ixtisasartırma kursları başlamışdır. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşlar.

Akademiyadan AzərTAc-a bildirilmişdir ki, kursların istiqamətinin əsas məqsədi dövlət qulluğu sistemində çalışan kadrların ixtisasının artırılması, yeni biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə dövlətin həyata keçirdiyi siyasətin elmi əsaslandırılması, dövlət qulluqçuları ilə fikir mübadiləsinin aparılmasıdır.

Kursların ilk dərsini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova aparmışlar.

Kursların proqramının mövzuları geniş, eyni zamanda, yeni biliklərin əhatə edilməsi ilə səciyyələnir. Kurslarda müvafiq dövlət müəssisələrinin məsul əməkdaşları, yerli və beynəlxalq ekspertlər, deputatlar, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri və digər mütəxəssislər yeni mövzularda mühazirələr oxuyacaqlar.

Kursların sonunda dinləyicilərə vəsiqələr təqdim ediləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov