Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Bakıda Beynəlxalq Tələbə Günü qeyd edilib

 

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Beynəlxalq Tələbə Gününü qeyd etmişlər.  RİMM-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirə Bakı ali məktəblərinin rəhbərləri, müəllim və tələbələri, gənclərin "Sozvezdiye" yaradıcılıq klubunun üzvləri toplaşmışlar.   Tədbir "Mir" televiziya kanalının Azərbaycanda Rusiya həmvətənlərinin həyatına həsr olunmuş "Öz adamlarımız. Azərbaycan" sənədli filminin nümayişi ilə başlanmışdır.

"Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbiri açaraq demişdir: "Biz Azərbaycan ali məktəbləri ilə çoxdan uğurla əməkdaşlıq edirik. Gənclərlə, tələbələrlə aparılan iş Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir".

V.Denisov Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nümayəndələrinə "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin gənc rus dili müəllimlərinin, rusist aspirantların və tələbələrin cari il oktyabrın 1-dən 4-dək Bakıda "Rus dilinə dəstək MDB-də inteqrasiya proseslərinin inkişafının əsası kimi" beynəlxalq regional forumunun təşkilində və keçirilməsində fəal iştirak etdiklərinə görə bu ali məktəblərin rəhbərliklərinin və müəllimlərinin ünvanına göndərilmiş təbrik məktublarını təqdim etmişdir.

RİMM-in həyatında fəal iştirak etdiklərinə, yaradıcılıq istedadına və bacarıqlarına görə gənclərin "Sozvezdiye" yaradıcılıq klubunun üzvləri Aslan Əzimzadə, Nərmin Abbasova, Dilarə Əliyeva, Ülkər Əliyeva, Orxan Cəlilov, Nigar Hüseynova təbrik məktubları almışlar.

Qonaqlar adından çıxış etmiş Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dosenti Leyla Gərayzadə belə maraqlı tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmiş və belə tədbirin RİMM-də hər il keçirilməsini təklif etmişdir. O demişdir: "Burada biz, müxtəlif ali məktəblərin, müxtəlif xalqların, müxtəlif ölkələrin nümayəndələri özümüzü vahid mehriban bir ailədə hiss edirik".

Gənclərin "Sozvezdiye" yaradıcılıq klubunun üzvləri konsert proqramı ilə çıxış etmiş, rus və Azərbaycan dillərində mahnılar oxumuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov