Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

İsveçrənin səfiri Naxçıvan Dövlət Universiteti ilə tanış olub

 

Böyütmək üçün şəkili seçinİsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Obişer Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. NDU ilə tanışlıq zamanı qonağa  universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti və tələbə kontingenti, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib.

Görüşdə universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafı, dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi daim diqqət mərkəzindədir.  Naxçıvan Dövlət Universiteti müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir  ali məktəbdir. Bildirilib ki, universitet 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, TQDK-nın tərtib etdiyi ali təhsil müəssisələrinin reytinq cədvəlində yeddinci yerdə dayanır. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər.

Paskal Obişer Naxçıvana ilk səfəri, buradakı yüksək təhsil infrastrukturu haqqında xoş təəssüratlarını bölüşüb,  Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafında  elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat İsveçrədəki təhsil sistemi haqqında geniş məlumat verərək bildirib ki, İsveçrə universitetləri öz reytinqinə görə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri sırasındadır. Beynəlxalq universitetlər kimi fəaliyyət göstərən, əksər məşhur Avropa universitetləri ilə əməkdaşlığa malik olan İsveçrə ali məktəblərinin Naxçıvan Dövlət Universiteti ilə də ən müxtəlif sahələr üzrə tərəfdaşlığı birgə tərəqqi baxımından mühüm rol oynayacaq. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsindən sonra tələbələrlə görüş keçirilib, Paskal Obişer sualları cavablandırıb.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov