Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

4 nömrəli Bakı Peşə Liseyində Resurs Mərkəzi istifadəyə verilib

 

Noyabrın 18-də 4 nömrəli Bakı Peşə Liseyində "Elektrik qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi istifadəyə verilmişdir. Təhsil Nazirliyi və Belarus Respublikası hökumətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət edir.

Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini yerinə yetirmişdir. Mərkəzdə tikinti sahəsi, xüsusən qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Bundan əlavə, Belarus Respublikası hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunmuşdur.

Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə xidmət edir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması planlaşdırılmışdır. 

Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi, kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov